Tramp: “Konqres razılığı olmadan ABŞ-ı NATO-dan çıxara bilərəm, amma buna ehtiyac yoxdur”

15:16

12 İyul

lady gaga

Brüsseldə təşkil olunan NATO zirvəsinə qatılan ABŞ prezidenti Donald Tramp mətbuat konfransı təşkil edib. O, konqresin razılığı olmadan da ABŞ-ı NATO-dan çıxara biləcəyini, amma buna ehtiyac olmadığını bildirib.

Tramp, NATO üzvü olan 29 ölkənin təşkilata maliyyə dəstəyi barəsində üzərlərinə düşən addımı atdıqlarını bildirib.

Prezident, “NATO bu gün 2 gün öncəkindən daha güclü və ədalətlidir” deyə fikir bildirib. Bundan əlavə ötən gün zirvədə olduqca qərarlı davrandığını vurğulayan Tramp NATO-ya inandığını deyib.

ABŞ-ın NATO-ya daha çox maliyyə ayırdığını deyən Tramp, bunun ədalətli olmadığını və ABŞ-ın Avropanı qoruduğunu əlavə edib.

 

 

Sizə maraqlı ola bilər