Trampdan Türkiyəyə daha bir zərbə

19:00

10 Avqust

lady gaga

ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma tətbiq olunan gömrük vergisini iki dəfə artırıb.

O, bu barədə  öz “Twitter” hesabında paylaşıb.

 Tramp bildirib ki, Türkiyə lirəsi sürətlə ABŞ dolları qarşısında düşür. Ölkələr arasında münasibətlərin hazırda yaxşı olmadığını deyən Ağ Ev rəhbəri bundan sonra alüminium rüsumlarının 20%, polad rüsumlarının isə 50% olacağını deyib.

Qeyd edək ki, 2017-ci ildə Türkiyədən ABŞ-a polad ixracatı 1 milyard dollar dəyərində olub.

Sizə maraqlı ola bilər