Trampın gəlini xəstəxanaya yerləşdirildi

10:28

13 Fevral

lady gaga

ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp Jr.-un adına gələn məktubu açan Vanessa Tramp xəstəxanalıq olub.

Onun tədbir məqsədli olaraq xəstəxanaya yerləşdirilməsinin səbəbi məktubun içərisindən çıxan ağ toz olub.

Məktub ABŞ prezidenti Donald Trampın ən böyük oğlu Donald Trump Jr.-un adına olan Manhettandakı evə göndərilib.

Zərfin açıldığı zaman hadisə yerində olan iki nəfər də xəstəxanaya aparılıb.

BBC-yə məlumat verən Nyu-York polisi ağ tozu test etdiklərini və tozun hər hansı bir təhlükə daşımadığını söyləyib.

ABŞ Gizli Xidməti məktubu araşdırdığını açıqlayıb.

Qeyd edək ki, 2011-ci ildə siyasətçi və jurnalistlərə göndərilən məktublar beş nəfəri öldürmüşdü.

 

Sizə maraqlı ola bilər