Tribunada siqaret çəkən uşaq əslində, uşaq deyilmiş – FOTOLAR

20:55

11 Sentyabr

lady gaga

Türkiyədə Fənərbağça ilə Bursasporun arasında uşaqlar üçün təşkil edilən hazırlıq matçında maraqlı olay yaşanıb. 

 

Primetime.az xəbər verir ki, tribunada oturan iki uşaqdan birinin siqaret çəkdiyi ekranlara yansıyıb. Sosial şəbəkələrdə sürətlə yayılan bu foto hər kəsin qınağına səbəb olub.

 

Lakin sonradan məlum olub ki, siqaret çəkən şəxsin əslində 36 yaşı var imiş. Bununla belə, atanın öz oğlu yanında siqaret çəkməsi də qınaqdan yayına bilməyib.

 

Qeyd edək ki, bu yanılma sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.

 

Sizə maraqlı ola bilər