Tunel qazıb bankı soydular

15:45

14 Noyabr

Hindistanda filmləri xatırladacaq qarət baş verib.

lady gaga

Times of India qəzeti, Mumbai şəhərindəki Bank of Barodanın şöbəsinin 12 metrlik tunellə soyulduğunu bildirib.

Oğrular bir metr uzunluğundakı tuneli açmaq üçün isə bankın yanındakı mağazanı altı ay öncə icarəyə götürüb.

Onlar iki ay ərzində gecələr tunel qazmağa başlayıb.

Həftəsonu bank şöbəsinə girən oğrular şəxsi kassalardakı 250 min dollar ilə qızılları götürərək qaçıb.

Hazırda polislər dükanı icarəyə götürən adamı axtarır.

Sizə maraqlı ola bilər