“Tünzalə xanım səhnəyə Beyons kimi çıxır” – Ceyhun Qala

14:58

18 İyun

lady gaga

“Tünzalə xanım səhnəyə Beyons kimi çıxır. Beyonsu təqdim edirlər. O da “Thank you very much” deyib başlayır oxumağa. Eyni ilə Tünzalə xanımda bu cür edir”.

 

Primetime.az xəbər verir ki, bu sözləri müğənni Ceyhun Qala əməkdar artist  Tünzalə Ağayev barəsində deyib.

O sənətçinin özündən olduqca razı olduğunu bildirib:

 

“Tünzalə Ağayeva məclisə gələndə adam ilə isti münasibət qurmur. Mən onu heç təqdim də etmirəm, ancaq dostlarımdan xahiş edirəm. Öz-özümə fikirləşirəm ki, bu adam niyə heç kim ilə görüşmür?. Bir az yumuşaq olmaq lazımdır. Aqressiya ilə heç nə əldə etmək olmaz.  Şəxsiyyət vəsiqəsi ilə səhnəyə çıxmırlar, mənim 35 yaşım var, sənin 40 yaşın var. 15 yaşında olan uşaqda sən çıxdığın səhnəyə çıxır. Allah ancaq insanlara yuxarıdan aşağı baxa bilər”.

Sizə maraqlı ola bilər