Tünzalə Əliyeva son durumu ilə bağlı danışdı: “Ona görə də hələlik kimyaterapiya ala bilmirəm”

20:18

14 Sentyabr

lady gaga

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva səhətti ilə bağlı açıqlama verib.

 

“Toppuş bacı” ləqəbli aktrisa son durumu ilə bağlı PrimeTime.az saytına bu sözləri deyib:

 

“Hələ ki müalicələrim davam edir. Ümid edirəm ki, yaxşı olacaq. Gündəlik gedib şüalarımı, sistemlərimi qəbul edirəm. İki kimyaterapiya aldım. Əslində 6 kimya terapiyası almalı idim. İki həftədir ki, qan azlığım var. Ona görə də zülallı yeməklər yeyə bilmirəm, iştahım olmur. Ürəkbulanmalarım çox olur. Ona görə də hələlik kimya terapiyası ala bilmirəm”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl yenidən xəstəxanaya yerləşdirilən Tünzalə Əliyeva xəstəxanada çəkdirdiyi fotosunu paylaşıb və şəklin altına “Yaşamaq, mübarizə aparmaq və gülümsəmək” sözlərini yazıb.

Sizə maraqlı ola bilər