Tünzalə Ağayeva məktəb açacaq

12:40

11 Yanvar

lady gaga

Əməkdar artist Tünzalə Ağayeva “Hər şey daxil” verilişində qonaq olub. 

 

Primetime.az xəbər verir ki, yeniliklərindən danışan müğənni musiqi məktəbi açmaq istədiyini deyib:

 

“O qədər müraciət edən var ki… Çox adam deyir ki, dərs verirsiz? Buna tələbat var. Gənclər var ki, yanlarında olmuşam. Hər bir peşəkar öz etdiyi üslubları kiməsə öyrətməlidir. Bir çox gənclər olub ki, onların yanında olmağa çalışmışam. Məktəb bir insanın öz üzərində dayanmır. Böyük bir məsuliyyətdir. Şəxsən dərs vermirəm. Çünki buna vaxt ayırmaq lazımdır. Mənim isə vaxtım yoxdur. Bir dərs minimum 1-2 saat çəkir. Bir uğurun arxasında status yazmaq, selfi çəkmək, qalmaqal yaratmaq dayanmır. Uğur, rəğbət və sevgi qazanmaqdır”.

Sizə maraqlı ola bilər