Türk serialında Nəsimin şeiri səsləndi – VİDEO

16:53

6 Fevral

lady gaga

Türkiyədə sevilərək izlənilən seriallardan olan “Kuzgun”un ilk bölümünün treyleri yayımlanıb.

 

Primetime.az xəbər verir ki, baş rollarında Barış Arduç və Burcu Biricikin oynadığı ekran işinin treylerində diqqətçəkən məqam isə İmadəddin Nəsiminin sözlərinə oxunan mahnı olub. Belə ki, sözləri Nəsimi, bəstəsi Feyzullah Çinara aid olan “Minnet eylemem” adlı mahnını Kosovada yaşayıb, türk dilində bilməyən Florijana Rekshepi adlı gənc qadın ifa edib. Treylerin arxa fonundakı mahnı izləyicilərin marağına səbəb olub.

 

Məlumat üçün qeyd edək ki, son günlər  toy müğənnisi Afət Fərmanqızının Nəsiminin “Pəncu şeş” adlı şeirini “6/8” ritmində ifa etməsi qalmaqala səbəb olub.

Sizə maraqlı ola bilər