Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxıldı

17:28

23 Avqust

lady gaga

Türkiyədə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, xatirə pulunun ön tərəfində İmadəddin Nəsiminin şəkli, “İmadeddin Nesiminin Doğumunun 650. Yılı” yazısı, arxasında isə “Türkiye Cumhuriyeti 2,5 Lira” yazısı yer alıb.

 

Sikkə Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə Türkiyə zərbxanası tərəfindən buraxılıb.

 

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirib ki, Prezident İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi” və 11 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi” haqqında sərəncamlarından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Türkiyə Respublikası Zərbxanasının rəhbər şəxsləri ilə görüş keçirilib və Nəsiminin adının əbədiləşdirilməsi məqsədilə xatirə pulunun buraxılması ilə bağlı razılıq əldə olunub.

 

Səfir bu addımın qardaş Türkiyənin Azərbaycanın böyük şəxsiyyətlərinə, milli mənəvi mirasına verdiyi dəyərin bariz sübutu, göstəricisi olduğunu deyib.

Sizə maraqlı ola bilər

MAXIMUM

MAXIMUM

Rusiya paytaxtında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Müsəlmanları Ruhani İdarəsinin (RMRİ) sədri, müfti Ravil Qaynutdinin 60 illik yubileyinə və Rusiya Müsəlmanları Ruhani İdarəsinin yaradılmasının 25 illiyinə həsr olunan tədbirdə iştirak edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, QMİ sədri müfti Ravil Qaynutdini 60 illik yubileyi və yenidən Rusiya müsəlmanlarının müftisi, RMRİ-nin sədri seçilməsi münasibəti ilə təbrik edib. Qeyd edək ki, bu gün Moskvanın “Sülh” prospektində yerləşən Cümə Məscidində Rusiya Müsəlmanları Ruhani İdarəsinin VII Hesabat-Seçki Qurultayı keçirilib. 500-dən çox nümayəndə və qonağın qatıldığı VII Hesabat-Seçki Qurultayı ilə yanaşı, Rusiya paytaxtında Moskva Böyük Məscidinin 115 illiyi, Rusiya Müsəlmanları İdarəsinin 25 illiyi, Moskva İslam İnstitutunun yaradılmasının 60 illiyi və RMRİ-nin başçısı, müfti Ravil Qaynutdinin 60 illik yubileyi də qeyd olunub. Rusiya müsəlmanlarının qurultayı Böyük Məsciddə ilk dəfə keçirilib. Tədbirdə 5 illik hesabat-seçki dövrünə yekun vurularaq, növbəti dövr üçün fəaliyyət planı təsdiqlənib, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri və birinci müavini seçilib. Ravil Qaynutdin növbəti müddətə (2019-2024) Rusiya müsəlmanlarının müftisi və Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri seçilib. Xatırladaq ki, 1904-cü ildə açılmış Moskva Böyük Məscidi 115 il ərzində heç zaman bağlanmayıb, bütün dövrlərdə – sovet hakimiyyəti dövründə, Böyük Vətən Müharibəsi illərində müsəlmanların ibadətlərini yerinə yetirməsi üçün bir araya gəldiyi məbədə çevrilib. 1994-cü ildə müfti şeyx Ravil Qaynutdinin rəhbərliyi ilə Rusiyanın bütün regionlarından müsəlmanların Rusiya Müsəlmanları İdarəsinin ətrafında birləşməsinə başlanılıb, Moskva məscidində yenidənqurma işləri aparılıb. 2015-ci ildə yenilənmiş Moskva Böyük Məscidinin Prezident Vladimir Putinin iştirakı ilə təntənəli açılışı olub.

23:40

23 Sentyabr

İdman

İdman

Azərbaycan ağırlıqqaldıranları dünya çempionatında çıxışlarını başa vurublar

23:20

23 Sentyabr

DÜNYA

DÜNYA

Vladimir Putin Ermənistana səfər edəcək

22:59

23 Sentyabr

DÜNYA

DÜNYA

Suriyalı bir qrup şəxs Ukrayna voleybol komandasının formasını geyinib sərhəddi keçməyə çalışdılar

22:39

23 Sentyabr

MAXIMUM

MAXIMUM

Elmar Məmmədyarov: “Ermənistanın bəyanatları beynəlxalq hüququn pozulması yolunu davam etdirdiyini sübut edir”

22:15

23 Sentyabr

Sosial

Sosial

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

21:59

23 Sentyabr

Sosial

Sosial

Azərbaycanın daha 12 rayonunda səyyar gübrə satışı keçiriləcək

21:44

23 Sentyabr

MAXIMUM

MAXIMUM

“Azərpoçt”un Salyan filialına yeni rəis təyin olunub

21:24

23 Sentyabr

MƏDƏNİYYƏT

MƏDƏNİYYƏT

Azərbaycanlı rejissor: “Döyüş” filmini Bakıda nümayiş etdirmək mənim üçün böyük şərəfdir”

21:04

23 Sentyabr

MAXIMUM

MAXIMUM

Misirin Xarici İşlər naziri Azərbaycana səfər edəcək

20:51

23 Sentyabr