Türkiyə şokda: hakim partiyanın üzvlərinə silahlı hücum oldu, 3 ölü, 8 yaralı – FOTO

20:20

14 İyun

lady gaga

Türkiyədə seçki kampaniyası zamanı silahlı insident yaşanıb.

 

Yerli mətbuatın yazdığına görə, hücuma məruz qalanlar qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onunla birlikdə olan partiya üzvləridir. Şanlıurfa şəhərinin Suruç bölgəsindəki Cümhuriyyət məhəlləsində baş verən hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

Bildirilir ki, hücum edən naməlum şəxslər odlu silahla yanaşı bıçaq və dəyənəklərdən də istifadə ediblər. Türkiyəli millət vəkilinin hadisə nəticəsində xəsarət almadığı, lakin ölənlərdən birinin, yaralananlardan isə dördünün onun qardaşı olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Sizə maraqlı ola bilər