Türkiyədə bu televiziya kanalları bağlanır
20:45
16 Avqust

Türkiyədə klublarının televiziya kanalları ilə bağlı maraqlı iddia ortaya atılıb.
Bu barədə “Goal Türkiye” nəşri məlumat yayıb.
Sözügedən mətndə bildirilir ki, Türkiyə Super Liqasında mübarizə aparan 4 kluba aid olan (“Qalatasaray”, “Beşiktaş”, “Fənərbağça”, “Bursaspor”) kanallar fəaliyyətini dayandırır. Qeyd olunub ki, bu barədə qərarı Klublar Birliyinin prezidenti Fikret Orman yaxın vaxtlarda rəsmən açıqlayacaq.
Telekanalların bağlanılmasına səbəb kimi isə maddi problemlər göstərilir. Klubların bu sahəyə xərclənən məbləği uşaq futboluna yönltmək fikrində olduğu deyilir.