Türkiyədə kişi azərbaycanlı arvadını öldürüb intihar etdi – FOTO

15:31

14 İyun

lady gaga

Türkiyənin İqdır bölgəsində azərbaycanlı qadın qeyri-rəsmi nikahda olduğu kişi tərəfindən öldürülüb.

Bu barədə Türkiyənin  “Haberler.com” saytı məlumat verib.

Belə ki, vilayətin Şıracı kəndində 35 yaşlı Taner Parlarla Hicran Hüseynova arasında naməlum səbəbdən mübahisə yaşanıb. Nəticədə Taner Parlar silahı ilə H. Hüseynovanın başından vuraraq öldürüb. Daha sonra böyük qardaşına zəng edərək cinayət törətdiyini etiraf edib və özünə də ürəyindən atəş açaraq intihar edib.

Onların meyitləri ekspertiza üçün morqa göndərilib.

Qeyd edək ki, onların iki övladı var. Uşaqlar hadisə baş verən zaman evdə yatırmışlar. Cinayəti törətmiş T. Parların rəsmi nikahda olduğu arvadından isə üç uşağı var.

 

Sizə maraqlı ola bilər