Türkiyənin məşhur serialı illər sonra ekranlara qayıdır – FOTO

20:12

12 İyul

lady gaga

Türkiyənin məşhur seriallarından olan “Seksenler” yenidən ekranlara qayıdır.

 

Primetime.az xəbər verir ki, romantik komediya janrında olan və qardaş ölkənin 1980-ci illərindəki cəmiyyəti canlandırılan ekran əsəri 3 illik fasilədən sonra tamaşaçılarının qarşısına çıxacaq.

 

Bildirilib ki, rejissoru Birol Güven olan və əvvəlki aktyorların rol alacağı serial 2019-2020 mövsümündə “TRT 1” televiziyasında ekranlara gələcək.

 

Qeyd edək ki, 2012 və 2017-ci illər aralığında yayımlanan və 228 bölümü çəkilən serial 6 mövsüm sonra tamaşaçılarla vidalaşmışdı.

 

Sizə maraqlı ola bilər