TV və radio əməkdaşları “Persona” mükafatına layiq görülüblər – FOTO

13:33

9 Noyabr

Noyabrın 6-da Milli teleradio günü münasibətilə “Mətbuat” firmasının təşkilatçılığı ilə “Romance Palace” restoranında “Persona” mükafatının təsisetmə mərasimi keçirilib.

lady gaga

Tədbirdə TV və radio sahəsində uğur qazanmış bir qrup məşhurlar xüsusi diplom və hədiyyələrə layiq görülüb. Xüsusi qonaqlar siyahısında sevilən dramaturq Çingiz Abdullayev də mükafata layiq görülüb.

TV və radio işçilərini təbrik etmək üçün bir çox sənətçilər məclisə təşrif buyurub. Əməkdar artist Mətanət İskəndərli, Ədalət Şükürov, o cümlədən Ceyhun, Rövşən Civişov öz mahnı payları ilə gələn qonaqların təbrik ediblər.

Tədbirin baş sponsoru “HILL Fan” boruları, Sponsor Kürdəmir Logistik mərkəz, təşkilati dəstəkçilər “Romance Palace”, “Ağ çiçəyim”, “Orli Servis”, “Azeri Production” olub.

 

 

 

 

 

Sizə maraqlı ola bilər