Ucarda avtomobilin dirəyə çırpılması nəticəsində 2 nəfər ölüb

22:42

23 Oktyabr

lady gaga

Ucar rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

 

Primetime.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 250 km-də qeydə alınıb. Bakı şəhəri istiqamətində hərəkətdə olan 1949-cu il təvəllüdlü Gədəbəy rayon sakini Elman Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq kənardakı nəzarət kamerası dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü və yanında olan 1956-cı il təvəllüdlü sərnişin Solmaz Məmmədova aldıqları bədən xəsarətlərindən ölüblər.

 

Zərbənin təsirindən avtomobil və təhlükəsizlik kamerası da yarasız vəziyyətə düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər