UFC Həbibi və Makqreqoru diskvalifikasiya etdi

17:17

12 Oktyabr

lady gaga

7 oktyabr tarixində Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında qalmaqallı döyüş dağıstanlı idmançının qələbəsi ilə başa çatmışdı.

 

Primetime.az xəbər verir ki, UFC bu qalmaqaldan sonra hər iki idmançını diskvalifikasiya edərək döyüşlərdən uzaqlaşdırıb. ESPN portalının xəbərinə əsasən, uzaqlaşdırma qərarı ən azı 10 günlükdür və 15 oktyabr tarixindən hesablanacaq. Verilən məlumata görə, 24 oktyabr tarixində Nevada ştatının Atletika komissiyası dinləmələrdə hər iki idmançını birdəfəlik diskvalifikasiya edib-etməməyi səsə qoyacaq.

 

Xatırladaq ki, Həbib qonorarın bir hissəsindən məhrum edilib. UFC prezidenti Deyn Uayt bildirib ki, Makreqora hücum edən idmançılar barədə də qərar veriləcək.

Sizə maraqlı ola bilər