Ukraynada Müslüm Maqomayevin xatirəsi anıldı – FOTO

20:56

3 Dekabr

Ukraynanın Truskavets şəhərində Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının dəstəyi ilə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin 75 illiyinə həsr olunan konsert keçirilib.

 

lady gaga

Konsertdə Ukraynanın xalq artisti, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri Qurban Abbasov, aktyor və müğənni Natalya Kudryaşova çıxış ediblər.

 

Hər iki müğənni M.Maqomayevin repertuarından onlarla mahnı ifa edib. Tamaşaçılar böyük sənətkarın nəğmələrini böyük sevgi ilə qarşılayıblar.

 

Qeyd edək ki, Müslüm Maqomayevin 75 illiyi ilə əlaqədar Ukraynanın bir sıra şəhərlərində konsertlər təşkil edilib.

 

\\AZƏRTAC

 

Sizə maraqlı ola bilər