“Bir şey alınmasa, dayəlik edərəm” – Aktrisa Ülviyyə

15:53

13 Mart

lady gaga

“250 manat maaş alırdım. İki teatrda çalışır, xınalara gedirdim. Bizim gəlirimiz müğənnilərdə olduğu kimi deyil”.

 

Primetime.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Əliyeva İnstaqramın canlı yayımında söyləyib. Sənətçi aktyorların teatrdan aldığı maaşlardan söz açıb:

 

“Bizim maaşımız yaxşı olsa, ancaq öz işimizlə məşğul olarıq. Harada gəldi çəkilməzlər. Toylara getməzlər. Hamı əziyyət çəkir, hamı evinə çörək aparmaq istəyir. Heç bir şey havayıdan olmur. Normal insan səhər saat 9-da işə gedir, axşam 6-da iş bitir. Amma mənim işimin vaxtı, vədəsi yoxdur. Elə olur ki, 18 saat işdə oluram. Hamı üçün çətindir. İşləmək istəyən üçün həmişə iş var. Əgər aktyorluqdan bir şey alınmasa, gedib dayəlik edərəm. Hər aktyora xına da qismət olmur. Ona görə də 250 manatla ailə saxlayan aktyorlar var. İndi maaşlarımız 50 faiz artdı. 400 manata qədər pul alacağıq”.

Sizə maraqlı ola bilər