Universitetdən görünməmiş addım: tələbə salam vermədiyi üçün cəzalandırıldı – Bakıda

22:03

12 Yanvar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) maraqlı hadisə baş verib.

 

lady gaga

Bu barədə ƏSA teatrının təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə məlumat yayıb.

 

O bildirib ki, sözügedən təhsil ocağının Validə Məmmədova ona salam verməsiyi üçün tələbəni cəzalandırıb:

 

“Bu gün səhər universitetin 2-ci kurs tələbəsi imtahana girməmişdən əvvəl koridorda gedərkən, ADMİU-nun tədris işləri üzrə prorektoru Validə Məmmədovanın yanından keçib. Tanımadığı və gərgin olduğu üçün salam verməyib. Ədəb-ərkanla yoluna davam edib. Prorektor Validə Məmmədova isə tələbəyə elə yerindəcə əsəbləşib, otağına çağıraraq, üzərinə qışqırıb, alçaldıcı ifadələr işlədib (“sən kimsənki mənə salam vermirsən”).

 

Daha sonra tələbəyə bildiriblər ki, prorektor Validə Məmmədovaya salam vermədiyin üçün sənə töhmət veriləcək.

 

Bu nə deməkdir indi?!

 

Tələbə üzünü görmədiyi prorektora salam verməyə məcburdurmu?

 

Belə prorektoru olan universitetdə hansı keyfiyyətdən danışılır, mən başa düşmürəm…

 

Mənə görə çox böyük ədəbsizlikdir və mütləq cəzalandırılmalıdır.

 

P.S. Universitetin rektoru Fərəh xanım bu hadisəylə bağlı zamanında ölçü götürməldirir”.

Sizə maraqlı ola bilər