Uşaq bağçalarına qəbulla bağlı dəyişiklik – VİDEO

23:25

5 Dekabr

lady gaga

Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron formada olacaq.

 

Primetime.az “Xəzərxəbər”ə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayev bildirib ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Son illərdə Bakı şəhərində 6 yeni uşaq bağçası, 3 bağça üçün əlavə korpus tıkilib, 16 bağça sökülərək yenidən tikilib, 206 bağça isə əsaslı təmir olunub. Aparat rəhbəri qeyd edib ki, bu müəssisələrin fəaliyyəti və buradakı bütün məsələlər ciddi nəzarətə alınıb və bütün sahələr üzrə yeniliklər və islhatların aparılması planlaşdırılıb. Gələn ildən etibarən Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron formada qəbulu nəzərdə tutulub.

 

Elgin Həbibullayev qaçqın və məcburi köçkünlərin məskunlaşdığı bağçalardan da danışıb. O, deyib ki, bu məsələ tezliklə həll ediləcək.

 

Tədbirləri planı çərçivəsində bağça rəhbərlərinə uşaqların qidalanması və digər məsələlərlə bağlı da ciddi göstərişlər verilib.

Sizə maraqlı ola bilər