Verilişə müraciət edərək 3 yaşlı uşağını müğənniyə vermək istədi, ifaçı göz yaşına boğuldu – VİDEO

19:31

11 Oktyabr

lady gaga

“Səhər-Səhər” verilişinin qonaqlarından biri də müğənni Mənzurə Musayeva olub.

 

Primetime.az xəbər verir ki, proqrama müraciət edən bir xanım 3 yaşlı uşağını Mənzurə Musayevaya vermək istəyib. Müğənni isə bu addımı pisləyərək göz yaşlarını saxlaya bilməyib.

 

“İstəmirəm, ana balasından imtina etsin. Qıraqdakı ona nə qədər yaxşı baxsa da, ana anadır. Anası olmasa, bəlkə də baxaram. Uşağın 3 yaşı var. O artıq anasını hiss edir. Bu artıq mənə yamaqdır. Həmişə fikrində qalacaq ki, anam məni aparıb verdi. Mən o anaya pis baxıram. Elə ana olmaz. Ana necə balanı ata bilər. Yenə məni ağladırsınız burda. Mən bala şirinliyi görməmişəm, amma mən o ata, ananı pisləyirəm. O mövzuya toxunmayın”.

Sizə maraqlı ola bilər