“Victoria’s Secret” şousunda gözoxşayan “mələklər” – FOTOLAR

11:08

9 Noyabr

lady gaga

Ötən gecə ABŞ-ın Nyu-York şəhərində dünyanın ən tanınmış brendlərindən olan “Victoria’s Secret” ənənəvi “Victoria’s Fashion Show 2018″u keçirib.

 

Primetime.az xəbər verir ki, şouda zamanı podiumda “mələk”lər brendin yeni kolleksiyanı nümayiş ediblər. “Pier 94” sərgi mərkəzindəki şou dekabrın 2-də ABC telekanalında nümayiş olunacaq. Şouda iştirak etmiş 60 modelin 18-i debütantlardır. Hansı ki, onların sırasında Vinni Herlou, Yasmin Veynaldum və Sedi Nyuman da yer alıb. Podiuma Adriana Lima, Behati Prinslu, Kendis Sueynpul, Sara Sampayo, Stella Maksvell, Gigi və Bella Hadid bacıları, habelə Kendall Cenner çıxıblar.

 

“Victoria’s Secret” builki şouda dizayner Meri Katratzu ilə kollaborasiyada hazırladığı kolleksiyalarını nümayiş etdirib. Şou gecəsində “The Chainsmokers”, Bebe Reksa, “Halsey”, Şaon Mendes, “The Struts” və Rita Ora çıxış ediblər.

 

Qeyd edək ki, dünən həm də brendin ən bahalı bustqalterinin nümayişi baş tutub. Belə ki, “Atelier Swarovski”nin hazırladığı və “Fantastic bra” adlandırılan 1 milyon dollar dəyərindəki branı isveçli model Elza Hosk nümayiş etdirib.

Sizə maraqlı ola bilər