Vüsalə Əlizadə qızına doğum günü keçirdi – FOTOLAR

12:40

12 Fevral

lady gaga

Ötən gün aparıcı Vüsalə Əlizadənin qızı Diləyin doğum günü olub.

 

Primetime.az xəbər verir ki, Əlizədə 7 yaşı olan  qızına özəl doğum günü partisi təşkil edib. Gecəyə aparıcının yaxın dostları və az sayda sənət nümayəndələri qatılıb.

 

Vüsalə qızını bu gün münasibəti ilə təbrik edib və onunla bağlı bu fikirləri bölüşüb:

 

“Bütün anaların qız balasına həsr etdiyi ürək sözünə, arzusuna, diləyinə çevrildi. Bu günümün səbəbkarı, həyatımın dadı-duzu, güclü olmağımın, həyata bağlanmağımın, sevib-sevilməyimin səbəbkarı, 7 ildir əli-əlimdə, balaca ürəyi ürəyimdə döyünən mələyim, mənə qadın üçün ən ali “Ana” statusunu bəxş edən körpəm. Səninlə çətin bir yola bərabər çıxdıq, körpə barmaqlarını əlimə alıb, xumar gözlərinə baxıb, sənin üçün canımı belə qurban verərəm dediyim gündən düz 7 il keçir, cismən ömrüm yetən qədər, ruhən dünya durduqca yanındayam ciyər-param. Səni mənə verən Allahıma şükürlər olsun”.

 

Sizə maraqlı ola bilər