“Whatsapp”dan gözlənilən yenilik: Artıq barmaq izi ilə… – FOTO

15:42

10 Yanvar

lady gaga

Dünya miqyasında geniş istifadəçi kütləsinə malik sosial platformalardan biri olan “WhatsApp” yeni funksiya təqdim edəcək. 

 

Primetime.az xəbər verir ki, sözügedən funksiya barmaq izi olmadan proqrama giriş etməyə icazə verməyəcək. Belə ki, istifadəçilər “WhatsApp”a giriş üçün barmaq izindən istifadə edəcək. Hələki beta versiyasında test edilən funksiyadan istifadə üçün proqramın tənzimləmələr bölməsinə daxil olub, hesab və gizlilik düyməsinə klikləmək lazımdır.

 

Barmaq izi üçün icazə verildiyi təqdirdə “Whatsapp”a hər girişdə barmaq izi istəniləcək. Funksiyanın yaxın zamanda istifadəçilərə təqdim olunacağı gözlənilir.

Sizə maraqlı ola bilər