Xəyyam Mirzəzadə harada dəfn olunacaq? – Nazirlikdən açıqlama

20:15

30 İyul

lady gaga

Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi sabah Bakı Musiqi Akademiyasında keçiriləcək.

 

Bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib. O bildirib ki, bəstəkarla vida mərasimi sabah saat 12-dən 14-dək davam edəcək.

 

Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.

 

Qeyd edək ki, X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.

 

\\APA

Sizə maraqlı ola bilər