Xəzərdə batan gəncin meyiti tapıldı

20:54

11 İyul

lady gaga

İyulun 10-da Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Şabıyev Cabir Bəhruz oğlunun axtarışları başa çatıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumata verilib.

 

Bildirilib ki, C.Şabıyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Sizə maraqlı ola bilər