Xəzərdə bu balıqları ovlayanlara qarşı cəzalar sərtləşdirilir – VİDEO

21:03

16 Avqust

lady gaga

Xəzəryanı ölkələr brakonyerliyə qarşı birgə mübarizə aparacaqlar.

 

Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

 

Onun sözlərinə görə, Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın bu ilin noyabr ayında keçiriləcək ikinci sessiyasında Xəzər dənizində brakonyerliyə qarşı birgə mübarizənin aparılması məqsədilə Xəzəryanı ölkələr arasında protokol imzalanacaq.

 

Mehman Axundovun sözlərinə görə, bu mexanizimlə bağlı müəyyən işlər görülüb. 3 ay sonra imzalanacaq həmin protokol əsasında Xəzəryanı ölkələrin hüquq-mühafizə orqanları, sərhəd qoşunları Xəzərdə qanunsuz balıq ovu edənlərə qarşı birgə tədbirlər həyata keçirəcəklər. Bunun üçün regional səviyyədə birgə səy göstərilməli, Xəzəryanı ölkələrin hüquq-mühafizə orqanları əməkdaşlıq etməlidir. Məqsəd xüsusi ilə nərəcinsli balıqların populyasiyasının artımına nail olmaqdır.

 

Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru onu da qeyd etdi ki, ikinci sessiyada Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratoriumun qoyulması barədə hökumətlərarası saziş layihəsinin sonuncu variantının təqdim ediləcəyi də gözlənilir.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər