Xəzəri çirkləndirənlər sərt şəkildə cəzalandırılacaq – VİDEO

22:50

12 İyul

lady gaga

Ekologiya və Təbii Sərtvətlər Nazirliyi xəzərin sahil zolağında reydlərə başlayıb. Dənizə çirkab sular axıdanlar və məişət əşyaları atanlar sərt şəkildə cəzalandırılacaq. Dənizi çirkləndirənlər 10 min manata qədər cərimə ediləcək.

 

Xəzər dənizi çirkləndirənlər sərt şəkildə cəzalandırılacaq.

 

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən 2018-2020-ci illəri əhatə edən birgə tədbirlər planını təsdiq edib..Xəzər dənizinin çirkləndirilməsinin qarşısını almaq üçün xəzərin sahil zolağında artıq reydlərə başlanılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi departamentinin müdiri Xaliqverdi Hüseynov isə bildirib ki, artıq Xaçmaz rayonunun sahilyanı ərazilərində qayda pozuntuları aşkar edilib. Department müdirinin sözlərinə görə, qayda pozan şəxslər 10 min manata qədər cərimə ediləcək.

 

Nazirlik rəsmisi xəzəri çirkləndirənlərə qarşı tətbiq olunan bu sanksiyanın yumşaq olduğunu deyir. Onun sözlərinə görə, sanksiyalar daha da sərtləşdiriləcək və tətbiq edilən cərimələrin məbləği ən qısa zamanda artırılacaq.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər