Xalq artisindən onu tənqid edənlərə SƏRT CAVAB: “Kiloqramla satılan insanlar…” – VİDEO

21:36

21 Yanvar

lady gaga

Xalq artisti Brilliant Dadaşova ARB TV-nin “Show News” verilişinə maraqlı açıqlama verib.

 

Primetime.az xəbər verir ki, tanınmış müğənni sosial şəbəkələrdə onu tənqid edənlərə cavab verib:

 

“Bilirsiniz, kartofu kiloqramla satırlar, yerkökünü də… Amma brilliantı gedib tək alırsan. Yəni tək olan və kiloqramla satılan insanlar var. Ona görə də bunları normal hesab etmək lazımdır”.

 

İfaçı həmçinin bildirib ki, gözəl görünməsi və ideal bədən quruluşuna sahib olması ilə bağlı sosial şəbəkələrdə xanımlardan çoxlu sayda məktub alır:

 

“Mən xüsusi nəsə etmirəm. Həmişə də deyirəm. Bu yaxınlarda başlayacağam: nə yeyirəm, nə içirəmsə, hamısını İnstaqrama qoyacağam. Çünki xanımlar mənə çox yazırlar. Bilmirəm, yerinə yetirəcəklər, ya yox”.

Sizə maraqlı ola bilər