Xalq artisti: “İndi geyimdə inqilab yox, abırsızlıq edirlər”-VİDEO

14:57

12 İyul

lady gaga

“Açıq-saçıqlıq tərbiyyəsizlikdir. Ancaq mən dekoltenin tərəfdarıyam. Geyimə görə heç vaxt məndə irad tutulmayıb”.

Primetime.az xəbər verir ki, bu sözləri xalq artisti  Flora Kərimova Murad Arifin “Popumuz var” adlı “Youtube” layihəsinin qonaq olarkən söyləyib. Sənətçi veriliş boyu maraqlı açıqlamalar edib. Belə ki, o ilk dekoltedən istifadə edən müğənni olduğunu bildirib:

“Çünki mən geyimi yox, mahnını sərgiləmişəm. Dekolteli paltarlar geymişəm, amma bədənimi sərgiləməmişəm. Baxmayaraq ki, birinci dekolteli geyimlərən mən istifadə etmişəm.

İndi geyimdə inqilab yox, abırsızlıq edirlər. Usta o adamdır ki, açıq ayaqlarla səhnəyə çıxır və heç kim ona fikir vermir. Bir dəfə şalvar geymişdim. Bir müğənni də mənimlə bir arada müsabiqəyə getmişdi. Məni seçdilər və həmin gəncin sayəsində Azərbaycanda məni müzakirə etdilər, şalvarımı tənqid etdilər. Allah o insana rəhmət etməsin”.

Sizə maraqlı ola bilər