Xalq artisti “Şöhrət” ordeni ilə təltif edildi – SƏRƏNCAM

19:33

10 İyul

lady gaga

Prezident İlham Əliyev Mərahim Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Primetime.az xəbər verir ki, sərəncamla Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə Mərahim Fərzəli oğlu Fərzəlibəyov “Şöhrət” ordeni ilə təltif edilib.

 

Xatırladaq ki, Mərahim Fərzəlibəyov teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə, rejissorluqda qazandığı nailiyyətlərə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 28 oktyabr 2000-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.

 

Sizə maraqlı ola bilər