Xalq artisti üçün “Bizə xatirələr qalacaq”

11:28

8 Aprel

lady gaga

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Bizə xatirələr qalacaq” sənədli televiziya filminin istehsalını başa çatdırıb.

 

QSC-dən bildirilib ki, filmdə görkəmli aktyor, xalq artisti Eldəniz Zeynalovun taleyinə, yaradıcılıq yoluna nəzər salınıb. Ekran işində aktyorun iştirak etdiyi tamaşalardan, çəkildiyi kinofilmlərdən, “Mozalan” kinojurnalından kadrlar yer alıb.

 

Filmin ssenari müəllifi Sevda Ağazadə, rejissoru Elvin Vəlimətov, operatoru Elşən Bədəlovdur.

 

\\AZƏRTAC

 

Sizə maraqlı ola bilər