Xalq artistinin evindən oğurluq edən qadın HƏBS OLUNDU

18:40

24 İyun

lady gaga

Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən xadimə Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Primetime.az Teleqraf.com-a istinadən xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Əntiqə Şirinova barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

 

Əntiqə Şirinova 2013-cü ildən 2018-ci ilədək Zülfiyyə Xanbabayevanın Azadlıq prospektində yerləşən evində qulluqçu işləyib. O, evdən müğənniyə məxsus 2000 manat məbləğində paltar, 600 manat məbləğində kosmetika, 1520 manat məbləğində nağd pul vəsaitini oğurlayıb.

Sizə maraqlı ola bilər