Xalq artistinin gözləri doldu: “Sənətimə qarşı haqsızlıq var, dözə bilmirəm” – VİDEO

18:34

14 May

lady gaga

“Düz bazar” proqramının növbəti qonağı Xalq artisti Fatma Mahmudova olub.

Proqramda gizlətdiyi səbəbdən dolayı gözləri dolan aktrisa sadəliyindən şikayətlənib:

“Sadəlik başa bəladı. Təəssüf edirəm ki, özümü sadə aparmışam. Mən təbiətən belə insan olmuşam. Bir balaca sıxıntım var, amma istəmirəm onu burada danışam. Bu söhbətdən danışmaq istəmirəm”.

Xalq artisti daha sonra haqsızlığa dözmədiyini bildirib:

“Bu gün mənim gözümdən çox şey düşüb. Ona görə danışmaq istəmirəm. Mən kövrələndə də, güləndə də özümü saxlaya bilmirəm. Amma xoşbəxtəm. İncitmək yox, haqsızlıq var. Mənim sənətimə, istedadıma qarşı böyük bir haqsızlıq var. Haqsızlığa dözə bilmirəm”.

Sizə maraqlı ola bilər