Xanımı Tahir Əkbərin heç yerdə səslənməyən mahnılarından danışdı: “Türkiyədə yüksək məbləğə satacağam”

20:18

1 Noyabr

lady gaga

Mərhum bəstəkar Tahir Əkbərin xanımı Aybəniz Əkbər onun hələ də ifa olunmayan mahnılarından danışıb.

 

Primetime.az xəbər verir ki, yenicag.az-a açıqlama verən Aybəniz xanım həmin mahnıları yüksək qonorara satacağını bildirib:

 

“Tahirin heç yerdə səslənməyən mahnıları var. Tahir heç vaxt mahnılarını satmadı, elə ona görə də həyatımızda çox çətinliklər yaşadıq. Amma mən onun yeni mahnılarını satacam, özü də yüksək məbləğə.

 

Azərbaycandan bir çox müğənnilər Tahirin mahnılarını oxumaq üçün bizə ağız açdılar. Lakin çoxundan xəbər çıxmadı. İndi də mən israrlıyam, onların heç birinə mahnı vermək fikrim yoxdur. Həmin mahnıları Türkiyədə satacağam.

 

Nə mənə, nə də Tahirin qızına maraqlı deyil ki, burada onun mahnılarını oxudular, ya oxumadılar. Artıq qərarımı vermişəm. Bir yaxşı söz var, sağlığında qiymət verin insanlara.

 

Sağlığında Takir Əkbərə qiymət verməyən sənətçilər indi bizim üçün maraqsızdırlar. Onlar yalvarsalar da, bu mahnıları oxuya bilməyəcəklər”.

Sizə maraqlı ola bilər