Xatirə İslamla Vasif İnstagrama görə KÜSDÜ

13:56

11 Fevral

lady gaga

Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Xatirə İslamın İnstaqrama görə araları dəyib.

 

Primetime.az xəbər verir ki, bu haqda Vasif “X maqazin”ə açıqlamasında deyib. Belə ki, Məhərrəmli qarşı tərəfin onu tez-tez izləmədən çıxartmasını deyib:

 

“Xatirə baxıram məni izləmir, mən onu izləyirəm. Zəng edirəm ki, axı, sən məni izləmirsən? Deyir, ola bilməz, açır izləyir. Üzərindən bir az keçir yenə silir məni. İnstaqram dəhşətli bir şey deyil. Bir ara da Xatirə izləyicilərini sıfırladı. Mənim xəbərim olmayıb onun silməyindən. Türkiyədə olanda onun ad günü oldu. Xəbərim yox idi. Mənim ad günümdə Xatirə yanımda olub, bilsəydim təbrik edərdim”.

 

İslamın Vasifə cavabı gecikməyib. Xatirə də eyni səbəblə dostunu günahlandırıb:

 

“Vasif məni izləmirsə, mən onu niyə izləməliyəm? Mənə zəng vurub deyir ki, niyə mənə “follow” atmırsan? İki həftə keçəndən sonra baxıram ki, o məni izləmədən çıxarıb”.

Sizə maraqlı ola bilər