Xatirə onu qınayanlara CAVAB VERDİ: “Paxıl baldızam” – VİDEO/FOTO

16:39

10 İyun

lady gaga

“Mən çox pis insanam, gənclərin xoşbəxt olmağına imkan verməyən, hər an yanlarında, ortalarında olan paxıl baldızam”.

Primetime.az  xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam deyib. Sənətçi ötən gün toyları baş tutan qardaşı Tural və Zümrüdün yanında olduğuna görə tənqidlərlə rastlaşıb:

 

“Övladımı saatlarla kiməsə verib, onların yanında oluram ki, getdikləri yerlərdə hər şey qaydasında olsun, yüksək səviyyədə qarşılanıb, yola salınsınlar. Başa düşmürəm ki, bəylə gəlinin yanında bacısı dayanmalı deyilmi? Bu qədər zəhmət çəkirəm ki, aralarında başqa adam dayansın?”

 

Qeyd edək ki, cütlüyün qız toyu baş tutub. Oğlan toyu isə 24 iyunda keçiriləcək.

 

Sizə maraqlı ola bilər