Xatun bu ilə sürprizlərlə başladı: “Dəyişməyən bir dəlilərdir, bir də ölülər”

15:51

10 Yanvar

lady gaga

Xəbər verdiyimiz kimi, müğənni Xatun Əliyeva yanvar ayının 13-ü yerli məkanların birində konsert verməyə hazırlaşır. 

 

İfaçı proqram öncəsi Primetime.az-a kiçik bir müsahibə verib:

 

– Yeni ildə bütün müğənnilərdən daha cəld tərpəndiniz, ilk yaradıcılıq xəbərləri sizdən gəldi. Davamı varmı?

 

– Əlbəttə ki, sənətçinin bəlli bir qrafiki olmalıdır. Və bizim də işimiz ötən ildən planlı şəkildə qurulub. 2019-un ilk ayında həm fotossesiya, solo konsert və hələ başqa sürprizlərim də olacaq. Komanda olaraq davamlı çalışırıq və tamaşaçılara yeni işlər təqdim edirik.

 

– Bu sizin ilk böyük konsertiniz olacaq?

 

– Əslində, ilk solo konsertim deyil. Ötən il yayda, Nabranda möhtəşəm proqram ilə sevənlərimin qarşısına çıxmışdım, bu da 2-ci solo proqramım olacaq, hansı ki, konsertə gələnlər bu dəfə tamam başqa Xatun görəcəklər. Onu da qeyd edim ki, bu il belə konsert proqramlarım çox olacaq, ilin sonu möhtəşəm sarayların birində imtahanımı verəcəm. Ona görə mən bu cür silsilə konsert proqramlarımı sınaq məşqi sayıram.

 

– Sizə bu sənətdə irəliləmək üçün stimul verən amillər nələrdir?

 

– Müğənninin stimulu onu sevən tamaşaçıların sevgi dolu baxışlarıdır. İnsan məhşur ola bilər, amma sevilmək hər sənətçiyə qismət olmur. Sənətə həvəs də bu sevgidən yaranır, gördüyüm işlər sevgi dolu baxışlardan doğur. Vacib detallardan biri də sənətçinin gələcəyinə, səsinə, sənətinə inanan komandası olmalıdır. Bu cəhətdən mən özümü çox şanslı müğənni hesab edirəm.

 

– Rəqabət varmı sizin yaradıcılığınızda, hansı sənətçinin yüksəliş xətti, o yoldan yarışmaq sizi qane edir ?

 

– Bir ara şou-biznesdə durğunluq vardı deyə, rəqabət görmürdüm. Amma indi sözün əsl mənasında rəqabətə qoşulmaq lazımdır. Kimlərə qibtə edirəm, kimləri özümə rəqib bilirəm əlbəttə ki, ad çəkməyəcəyəm. Sadəcə izləyirəm və biz bir komanda olaraq nələri edə bilərik, onu düşünürəm. Daha hansı kreativ işlər görə bilərik, mahnılar, kliplər, konsertlər, imic və s. Mənim rəqabətim gördüyüm işlərdən bəlli olur və hər şeyin yaxşısını, maraqlısını etməyə çalışıram.

 

– Bu günədək nələri dəyişdiniz, nailiyyətləriniz və əldə edə bilmədikləriniz nələrdir ?

 

– Bugünədək çox şey dəyişmişəm, hətta orqanlarımızın modelini belə… (gülür) Bu sənət dəyişikliyi sevir. Dəyişməyən bir dəlilərdi, bir də ölülər. Gör-götür dünyasıdı. Bəstəkarını da dəyişməlisən, mahnılarını da, imicini də, yeməyini də, dostlarını da, hər şeydə bir dəyişiklik etməlisən. Dəyişək, inkişaf edək. Mən inkişafı dəyişməkdə görürəm.

 

Konsertin informasiya dəstəyi Primetime.az-a məxsusdur.

 

Sizə maraqlı ola bilər