Xərçəng xəstəliyi ilə mübarizə aparan aparıcının halı pisləşdi

10:19

12 Yanvar

lady gaga

Bir zamanlar xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış aktrisa və aparıcı Zümrüd Qasımovanın halı pisləşib.

Özünü pis hiss edən aktrisa Milli Onkologiya Mərkəzinə yollanıb. Bu barədə Z.Qasımovanın özü məlumat verib:

“Çox narahat idim. Son zamanlar özümü pis hiss edirdim. Halsızlıq, depressiya, baş dönmələr. Buna görə də qorxurdum. Həkimimi görən kimi əhvalım düzəldi. Gülərüzlüyü, insanlığı, peşəkarlığı hər zaman olduğu kimi yüksək səviyyədə idi. Analizlərin cavabına baxdı və dedi ki, “Hər şey əladır. Xırda problemlər var, onkologiyalıq deyil”. O, söylədi ki, “gözlərindəki həmişəki parıltı yoxdur. Mütləq onu düzəlt. Sən bilirsən necə xoşbəxt insansan, sağalmısan, kəfəni yırtmısan. Yaşa, kef elə, hər şeyi boş ver və gül”.

Həkim iki ay vaxt verdi gözlərimi parıldatmağa. Otaqdan çıxdım. Qapının yanında çarəsiz gözləyən insanları görəndə anladım ki, mən çox xoşbəxtəm. Allah məni sevir. Qoy, bizi Allah sevsin. Onda hər şey düzələcək. Canınızın qədrini bilin”.

Qeyd edək ki, Z.Qasımova illərdir xərçəng xəstəliyi ilə mübarizə aparan məşhurlardandır.

Sizə maraqlı ola bilər