Xərçəngdən əziyyət çəkən “Toppuş bacı” : “Xatirə nə deyibsə, sağ olsun”- VİDEO

12:30

11 Oktyabr

lady gaga

“Sentyabrın 13-dən sonra internet işlətmirəm, bağladım. Heç yerə girmirəm, izləmirəm”.

 

Primetime.az xəbər verir ki, bu sözləri xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva “Səhər-səhər” verilişinə açıqlamasında deyib. Aktrisa bildirib ki, ona yazılan təhqirləri oxumur:

 

“Nə Arif Quliyevlə bağlı çıxan xəbəri oxudum, nə də Xatirə İslamın yazdıqlarını. Arif müəllimə inanıram, etməz. Verilişdən sonra gedib ailəmlə vaxt keçirirəm. Xatirə isə nə deyibsə, sağ olsun”.

 

Qeyd edək ki, Arif Quliyevin şirkətlərdən Tünzalə üçün pul yığması haqda xəbər yayılmışdı.

 

X.İslam “Bizimləsən” verilişinə qatılan və ipoteka kreditinə görə pul istəyən T.Əliyeva üçün sənət dostlarından yardım toplayıb. Xatirə daha sonra pulu Tünzalənin səhhəti üçün yığdığnı, ev problemindən xəbərsiz olduğunu söyləyib.

 

 

Sizə maraqlı ola bilər