Xırdalanda 41 yaşlı kişini avtomobil vurub

22:14

12 İyun

lady gaga

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

Primetime.az report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 1978-ci il təvəllüdlü Xammədov Rafiq Qasım oğlunu yolu keçmək istəyərkən avtomobil vurub.

 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona bel və çanağın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Sizə maraqlı ola bilər