Xırdalanda sex yandı, xəsarət alan var

21:46

9 Noyabr

lady gaga

Abşeron rayonunda yanğın hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Xırdalan şəhərində ümumi sahəsi 200 m² olan tikilinin (boya sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 100 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə maraqlı ola bilər