Xızıda bədbəxt hadisə: 4 yaşlı uşağın üzərinə ağır taxta düşdü

20:32

19 İyul

lady gaga

Xızı rayonunda bədbəxt hadisə baş verib.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Altıağac qəsəbəsində 4 yaşlı Sadiq Haqverdiyevin üzərinə ağır taxta düşüb.

 

Azyaşlı boyun və bel fəqərəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Xızı Rayon Mərkəzi Xəstəxanasında S. Haqverdiyevə ilkin tibbi yardım göstərildikdən sonra, o, Sumqayıtda yerləşən tibb müəssisəsinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər