Xızıda kütləvi dava: xəsarət alanlar var

19:32

11 İyul

lady gaga

Xızı rayonunda kütləvi dava olub, xəsarət alanlar var.

 

Hadisə rayonun Şurabat qəsəbəsində baş verib.

 

Hadisə nəticəsində 2 nəfər – 1986-cı il təvəllüdlü Elbrus Əbülfəz oğlu Atakişiyev və 1990-cı il təvəllüdlü Orxan Yusif oğlu Bayramov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

\\Report

Sizə maraqlı ola bilər