“Yağ, ey yağış, fikrim kimi, hissim kimi” – FOTOSESSİYA

13:46

7 Dekabr

lady gaga

Ana təbiət bütün halı ilə gözəldir. Ancaq  hər kəs təbiəti bütöv, olduğu kimi sevmir.

Kimisi qarını sevir, kimisi günəşini, kimisi isə səhəri yağış damlalarının şırıltılı səsinə oyanaraq günə başlamağı. Yağışı həm də sevgi simvoluna çeviriblər, aşiqlərin havasıdır deyirlər. Bərəkət rəmzidir deyənlər də az deyil. Bu deyim daha qədimlərə söykənir, romantika isə yeni nəslin kəşfidir.

Mikayıl Müşfiq necə deyirdi?

Yağ, ey yağış, fikrim kimi, hissim kimi,

Uzaq, yaxın çöllərə yağ,

Ölkələrə, ellərə yağ!

Uzaq ölkələri bilmirəm, Bakı sakinləri yağışı çox sevir. Ancaq ondan sonra ortaya çıxan fəsadlara görə sevincləri çox vaxt uzun çəkmir.

PrimeTime.Az-ın fotoqrafının obyektivindən isə yağışlı Bakı belə görünür.

Nurlan Gülməmmədov

Sizə maraqlı ola bilər