Yanacaqdaşıyan avtomobilin üzərinə çıxaraq intihar etmək istədi – FHN hərəkətə keçdi

18:43

12 Fevral

lady gaga

İmişli rayonunda intihar hadisəsinin qarşısı alınıb.

 

Primetime.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1 nəfər yanacaqdaşıyan avtomobilin üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Sizə maraqlı ola bilər