Yaşayış massivində BƏDBƏXT hadisə: hündürlükdən yıxılaraq ağır xəsarət aldı

21:10

21 May

lady gaga

Mingəçevir şəhərində bədbəxt hadisə qeydə alınıb.

 

Primetime.az ONA-ya istinadən xəbər verir ki, hadisə “Energertik” yaşayış massivində, Çörək zavodunun yanındakı tikilidə baş verib.

 

Belə ki, hündürlükdə təmir işləri yerinə yetirən usta -1957-ci il təvəllüdlü, şəhər sakini Şıxəliyev Ədalət Mustafa oğlu ehtiyatsızlıqdan oradan yıxılaraq çoxsaylı bədən xəsarətləri alıb.

 

Yaralı dərhal xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun çanaq, ayaq, çənə və qabırğa nayihələrində müxtəlif ağır sınıqların olduğu müəyyən olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər