Yeni kliplərini təqdim edən Sevil-Sevinc yenə gecikdi: “Ağıllı kişi ilə görüşün”- FOTO

16:09

14 Fevral

lady gaga

Müğənnilər Sevil-Sevinc Səfərova bacıları söz və musiqisi müğənni Vasif Əzimova aid olan “Dərdin nədir” adlı mahnılarına çəkilən klipi təqdim ediblər.

Media nümayəndələrini saat 13:00-da görüşə dəvət edən ifaçılar hər zaman olduğu kimi bu dəfə öz tədbirlərinə nə az, nə çox düz 40 dəqiqə gecikiblər.

Məkana daxil olduqdan sonra isə ulduz havasına qapılan əkizlər gecikmələrinin günahını yenə də jurnalistlərdə görüblər. Belə ki, əsas səbəb olaraq gözəllik salonunda mətbuat konfransına hazırlaşmalarını bəhanə gətiriblər. Bu da azmış kimi, “Ulduzlar gecikmir, onlar yubanırlar” deyə bacılar gülümsəyib.

Daha sonra isə sözügedən mahnıya çəkilən klip nümayiş olunub və ifaçılar yeni işləri haqda məlumat veriblər:

“Bunlar hamısı həyatda baş verən hadisələrdir. İstədik ki, hər gün, hər saat xanımlarımızın həyatında baş verən bu dərdi ekranda göstərək.

Düşünürük ki, bu dəqiqə bizi ən yaxşı xanımlar anlayır”.

Xəyanətdən bəhs edən klip haqda danışdıqdan sonra Sevinc Səfərova xəyanətə olan münasibətini dilə gətirib:

“Səmimi deyim ki, kişilərin xəyanətinə heç vaxt pis baxmamışam və əleyhinə də deyiləm. Amma xanımların da zərif və toxunulmaz olmalarını sevirəm. Ağıllı kişi xəyanətini heç vaxt biruzə verməz. Ona görə də ağıllı kişi ilə görüşün”.

Əkiz bacılar, xanım ifaçıların qazanc yeri haqda təhqirlərə yol verən şəxslərə müraciət ediblər:

“Xanım müğənnilərimizin bəzilərini qınayıram. Çünki çıxıb efirdə deyirlər ki, bahalı qadınam. Mənə bu qədər pul xərclədilər. Bunu demək olmaz! Ola bilsin ki, 99 faiz xanımlar eynidir, amma 1 faizini onlara qatmaq olmaz. Ən azından mənim anam, qardaşım, əmilərim, doğmalarım bu müsahibələri oxuyurlar. Onlar bizim əziyyət çəkdiyimizi bilirlər. Lakin bu yazıları görəndən sonra onlarda da belə fikir formalaşır. Bundan sonra hara getsən məcbursan ki, canlı yayım açasan. Hər kəs harda olduğunu bilsin”.

Teymur Məmmədov

Foto: Nurlan Gülməmmədov

 

Sizə maraqlı ola bilər