Yeni Zelandiyada məsciddə terror aktı: 49 ölü, 48 yaralı – VİDEO – FOTOLAR – YENİLƏNDİ

12:45

15 Mart

lady gaga

Verilən son məlumata görə, terror nəticəsində 49 nəfər ölüb, 48 nəfər yaralanıb.

***

Xəbər verdiyimiz kimi Yeni Zenlandiyada terror aktı törədilib.

 

Primetime.az xəbər verir ki, son məlumata görə, həyatını itirən insanların sayı 40-a çatıb.

***

Yeni Zelandiyada terror aktı törədilib. 

 

Primetime.az xəbər verir ki, hadisə Kraystçörç şəhərində baş verib. Belə ki, sözügedən ərazidə yerləşən iki məscidə şəhər xəstəxanasına edilən silahlı hücum nəticəsində azı 30 nəfər həyatını itirib, 50 nəfər xəsarət alıb. Lakin ölü sayının artacağı istisna edilmir. Verilən məlumata görə, hücum əsnasında məscidlərdən birində cümə namazı üçün 200 nəfər ibadət edib.

 

Terror aktını törədənlərdən birinin avstraliyalı ultra-sağçı, iqrçi fəal olduğu məlum olub. Məlumata görə, o, hücumdan əvvəl 37 səhifəlik manifest yazıb və müsəlmanlara qarşı terror aktı həyata keçirmək niyyətini açıqlayıb. Silahlı hücumu isə sonradan videoya çəkib.

 

Ölkənin baş naziri Casinda Ardern baş verən hadisə üçün “ölkə tarixinin ən qara günlərindən biri” – deyə fikir bildirib. Aktla bağlı 3-ü kişi, 1-i qadın olmaqla 4 nəfər saxlanılıb.


Sizə maraqlı ola bilər